...

Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq

Cəmiyyət Materials 27 May 2011 17:53 (UTC +04:00)
Azərbaycanda milli birliyi nümayiş etdirmək məqsədilə fəxri günlərdə dövlət bayrağının hər bir evin pəncərə və eyvanlarında asılmasına çağıran aksiya keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.
Azərbaycanda evlərə 100 min ədəd dövlət bayrağı paylanacaq

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanda milli birliyi nümayiş etdirmək məqsədilə fəxri günlərdə dövlət bayrağının hər bir evin pəncərə və eyvanlarında asılmasına çağıran aksiya keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.

Aksiya 28 may - Respublika günü, 15 iyun - Qurtuluş günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü, 18 oktyabr - Müstəqillik günü, 9 noyabr - Bayraq günü, 12 noyabr - Konstitusiya günü, 17 noyabr - Milli Dirçəliş günü, 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik günü həmrəylik nümayiş etdirilməsinə çağırır. Şuşanın, Qarabağın işğaldan azad olunacağı günlərin də bu siyahıya əlavə edilməsi təklif olunur.

Kampaniya çərçivəsində evlərə 10 gün ərzində 20 min, 1 il ərzində 100 min bayraq paylanılacaq.

"Hər evə bir bayraq" adlı kampaniyanın məqsədi Azərbaycanın dövlət bayrağının hər evdə olmasını təmin etməkdir.

Aksiya Gənclər və İdman Nazirliyi, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Dövlət Bayraq İdarəsinin dəstəyi ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti