...

Böyük Britaniya parlamenti viza rejiminin sadələşdirilməsində Azərbaycana yardım edə bilər

Cəmiyyət Materials 27 May 2011 17:56 (UTC +04:00)
Böyük Britaniya parlamenti turizmi inkişaf etdirmək məqsədilə iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsində Azərbaycana yardım edə bilər.
Böyük Britaniya parlamenti viza rejiminin sadələşdirilməsində Azərbaycana yardım edə bilər

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Böyük Britaniya parlamenti turizmi inkişaf etdirmək məqsədilə iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsində Azərbaycana yardım edə bilər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, təklif Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşən Britaniya-Azərbaycan Parlament Qrupunun üzləri tərəfindən irəli sürülüb.

Görüşdə Qarayev Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb.

O, yaranmış əlaqələrin potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb.

Qarayev iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin başçısı Mark Field Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki parlaq qələbəsi münasibəti ilə naziri təbrik edib.

Qonaq Azərbaycanın 2012-ci ildə bu müsabiqəni böyük uğurla keçirəcəyindən əmin olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti