...

Heydər Əliyev Fondu əlil uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş birgə kampaniyaya başlayır

Cəmiyyət Materials 31 May 2011 18:50 (UTC +04:00)
1 iyun - Beynəlxalq Uşaqlar Günündə Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) əlil uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş "İmkanlara məhdudiyyət yoxdur" adlı kampaniyaya başlayır.
Heydər Əliyev Fondu əlil uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş birgə kampaniyaya başlayır

Azərbaycan, Bakı, 31 may /Trend/

1 iyun - Beynəlxalq Uşaqlar Günündə Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) əlil uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş "İmkanlara məhdudiyyət yoxdur" adlı kampaniyaya başlayır.

Fonddan Trend-ə verilən məlumata görə, növbəti altı ay ərzində xüsusi tədbirlər, televiziyada yayımlanacaq sosial çarxlar, elanlar və digər kommunikasiya materialları vasitəsilə həyata keçiriləcək kampaniya əlil uşaqların ölkə miqyasında inteqrasiyasını və sosial inteqrasiyasını dəstəkləyəcək.

Birləşmiş Millətlər Təşkilatının Əlil şəxslərin hüquqları haqqında Konvensiyası 2009-cu ildə Azərbaycan hökuməti tərəfindən ratifikasiya olunub və müxtəlif növ tədbirlər, ən önəmlisi isə inkluziv təhsillə bağlı tədbirlər həyata keçirilir.

Azərbaycanda müxtəlif növ əlillikdən əziyyət çəkən təxminən 56 min uşaq qeydiyyata alınıb. Yalnız 6 min əlil uşaq xüsusi məktəblərdə, 11 min uşaq isə ev mühitində təhsil alır.

Kampaniyanın məqsədi valideynlərin və digər tərəflərin, o cümlədən müəllimlərin və səhiyyə işçilərinin davranış və münasibətlərinin dəyişməsinə təsir etmək məqsədi daşıyır. Kampaniya çərçivəsində nəzərdə tutulmuş təşviqat xarakterli tədbirlərdən biri sentyabr ayında Bakı şəhərində keçirilməsi planlaşdırılan əlil uşaqlarla bağlı beynəlxalq konfransdır.

Tərəfdaşlarla həyata keçirilən tədbirlər gəncləri, uşaqları, eləcə də kütləvi media vasitələrini və ictimai xadimləri bir araya gətirəcək. Layihə çərçivəsində ölkənin televiziya kanallarında iyun ayının 1-dən etibarən sosial çarxlar yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti