...

Bakıda FİFA və UEFA prezidentlərinin iştirakı ilə yeni stadionun açılışı olub (FOTO)

Cəmiyyət Materials 6 İyun 2011 13:49 (UTC +04:00)
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə bazar ertəsi AFFA tərəfindən Mərdəkanda inşa olunmuş Futbol Mərkəzində "Dalğa Arena"nın və yardımçı meydançanın açılışı olub.
Bakıda FİFA və UEFA prezidentlərinin iştirakı ilə yeni stadionun açılışı olub (FOTO)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 10:28-də yayılıb)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbur M.Əliyev/

Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə bazar ertəsi AFFA tərəfindən Mərdəkanda inşa olunmuş Futbol Mərkəzində "Dalğa Arena"nın və yardımçı meydançanın açılışı olub.

Trend-in məlumatına görə, açılış lentini FİFA, UEFA və AFFA prezidentləri Yozef Blatter, Mişel PlatiniRövnəq Abdullayev kəsiblər.

İştirakçılar sonra əsas və yardımçı stadionlarda yaradılan şəraitlə tanış olublar.

Blatter bildirib ki, 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatını izləmək üçün gələn il yenidən Azərbaycana gələcək.

"Dalğa Arena" stadionunun tikintisinə 2010-cu il aprelin 24-də başlanılıb. Stadionun tutumu 6500 yerdir.

Xəbər lenti

Xəbər lenti