...

Bakıda "Təmizlə və xilas et" aksiyası keçirilib

Cəmiyyət Materials 6 İyun 2011 11:36 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5 iyun Ətraf Mühitin Mühafizəsi Günü, həmçinin çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar "Təmiz Şəhər" Açıqtipli Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Xəzər rayonunda yerləşən çimərlik boyu "Təmizlə və xilas et" şüarı ilə iməclik aksiyası keçirilib.
Bakıda "Təmizlə və xilas et" aksiyası keçirilib

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5 iyun Ətraf Mühitin Mühafizəsi Günü, həmçinin çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar "Təmiz Şəhər" Açıqtipli Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Xəzər rayonunda yerləşən çimərlik boyu "Təmizlə və xilas et" şüarı ilə iməclik aksiyası keçirilib.

ASC-dən Trend-ə verilən məlumata görə, iməcliyin məqsədi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün daha gözəl istirahət şəraiti yaratmaq, təmizliyin qorunmasında ictimai dəstəyi və gəncləri bu cür layihələrdə fəal iştiraka cəlb etməkdir.

Aksiyaya "Xəzər" İnkişaf Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Ekosfera" İctimai Birliyi, Yaşıl Velosipedçilər Klubu, "Green Baku" və ekoloji tarazlığın və təmizliyin bərpasında maraqlı olan digər təşkilat və tələbə birliklərindən ümumilikdə 200-ə yaxın gənc cəlb olunub. İştirakçıları bu aksiyada ətraf mühitin təmizliyinə ictimaiyyətin, əsasən də gənc nəslin diqqətini artırmaq məqsədi birləşdirir.

"Təmiz Şəhər" ASC-nin Layihələrin idarə edilməsi və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov tullantılarla düzgün rəftar, o cümlədən ətraf mühitin qorunması məqsədilə həyata keçirilən bu cür tədbirlərin artıq ənənə halını aldığını bildirib və təmizliyin qorunmasında ən vacib və məsuliyyətli vəzifənin məhz ictimaiyyətin üzərinə düşdüyünü vurğulayıb.

Qeyd edilib ki, bu gün gənclərin ətraf mühitin qorunmasında fəallığı çox sevindirici haldır və gələcəkdə də gəncləri bu cür ekoloji ideyalar ətrafında birləşdirən tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbir iştirakçıları isə gənclər arasında ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinə və bu cür tədbirlərin davamlı olması üçün digər gənclərin də cəlb olunmasına dəstək verəcəklərini bildiriblər.

Aksiya çərçivəsində Xəzər rayonunda yerləşən çimərlik boyu ərazi məişət tullantılarından təmizlənib və toplanmış tullantılar Balaxanı poliqonuna daşınıb.

Xəbər lenti

Xəbər lenti