...

Breyn-rinq oyunu üzrə yubiley kuboku keçirilib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2011 14:17 (UTC +04:00)
Xəzər İntellektual Gənclər Klubu və Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Breyn-rinq oyunu üzrə "Universitet liqası" layihəsi çərçivəsində Yubiley Kuboku keçirib.
Breyn-rinq oyunu üzrə yubiley kuboku keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Xəzər İntellektual Gənclər Klubu və Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Breyn-rinq oyunu üzrə "Universitet liqası" layihəsi çərçivəsində Yubiley Kuboku keçirib.

Gənclər və idman nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, breyn-rinq çempionatı Xəzər İntellektual Gənclər Klubunun 10 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biri idi. Turnir Bakı Dövlət Universitetinin akt zalında təşkil edilib.

Turnirdə Xəzər İntellektual Gənclər Klubunun komandaları ilə yanaşı, digər klublardan olan bilicilər də iştirak ediblər.

Breyn-rinq turnirinin suallarını klubun ən güclü komandalarından biri olan "Diplomat" komandası hazırlayıb. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda "Turan" komandası qalib olub.
Gümüş medalı "Cihad", bürünc medalı isə "SVU" komandası qazanıb.

Qaliblər AMEA-nın Kitab Mərkəzi tərəfindən təqdim olunmuş və yeni redaksiyada nəşr olunan Azərbaycan Ensiklopediyası ilə mükafatlandırılıblar.

Xəzər İntellektual Gənclər Klubu yeni layihə çərçivəsində klublarda iştirakçıların sayını daha da genişləndirməyi və oyunları intesnivləşdirməyi planlaşdırır. Layihə 2011-ci ilin sonuna qədər davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti