...

Azərbaycanda insan haqlarına dair gənclər festivalının keçirilməsi ilə əlaqədar müsabiqənin nəticələri elan edilib

Cəmiyyət Materials 17 İyun 2011 17:07 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi 18 iyun - İnsan Hüquqları Gününə həsr olunmuş "İnsan haqlarına dair gənclər festivalı"nın keçirilməsi ilə əlaqədar élan etdiyi müsabiqənin nəticələrini açıqlayıb.
Azərbaycanda insan haqlarına dair gənclər festivalının keçirilməsi ilə
əlaqədar müsabiqənin nəticələri elan edilib

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyi 18 iyun - İnsan Hüquqları Gününə həsr olunmuş "İnsan haqlarına dair gənclər festivalı"nın keçirilməsi ilə əlaqədar élan etdiyi müsabiqənin nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə nazirlikdən bildirilib.

Müsabiqənin əsas məqsədi gənclər arasında insan hüquqlarının təbliğ olunması, insan hüquqlarına dair biliklərin artırılması, gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi olub.

Festival çərçivəsində iki müsabiqə keçirilib - "Müasir dünyada insan hüquqları" mövzusunda esse müsabiqəsi və "Mənim hüquqlarım" mövzusunda rəsm müsabiqəsi.

Müsabiqənin şərtlərinə əsasən, rəsm müsabiqəsində 14-25, esse müsabiqəsində isə 14-29 yaş həddində olan yeniyetmə və gənclər iştirak ediblər. Müsabiqəyə qatılmış iştirakçılar müsabiqənin mövzusuna uyğun, məqsəd və şərtlərinə cavab verən əsər təqdim ediblər.

Müsabiqə qalibləri hər nominasiya (rəsm və esse) üzrə I, II və III yerlə mükafatlandırılıb, eyni zamanda, diplom və qiymətli hədiyyələrlə təltif olunub.

Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi dövlət orqanlarının və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti