...

Cənubi Amerika və Karib adaları diplomatları Azərbaycan Diplomatik Akademiyasının kurslarını bitiriblər (FOTO)

Cəmiyyət Materials 24 İyun 2011 19:05 (UTC +04:00)
İlk dəfə olaraq Cənubi Amerika və Karib adalarından gəlmiş diplomatlar Azərbaycan Diplomatik Akademiyasının (ADA) "Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi" proqramı üzrə iyunun 15-dən təlim kurslarında iştirak ediblər.
Cənubi Amerika və Karib adaları diplomatları Azərbaycan Diplomatik Akademiyasının kurslarını bitiriblər (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İlk dəfə olaraq Cənubi Amerika və Karib adalarından gəlmiş diplomatlar Azərbaycan Diplomatik Akademiyasının (ADA) "Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi" proqramı üzrə iyunun 15-dən təlim kurslarında iştirak ediblər.

ADA-dan Trend-ə verilən məlumata görə, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev kursların bitməsi münasibətilə diplomatları təbrik edərək onlara sertifikatları təqdim edib. Rektor Paşayev qonaqların dərslərdə iştirakı ilə yanaşı, Bakı və regionlarda yerləşən tarixi-mədəni mərkəzləri ziyarət etdiklərini də xatırladıb. O, Azərbaycanda müşayiət etdikləri bütün reallıqların xarici dinləyicilərin peşəkar fəaliyyətlərinə fayda verəcəyinə ümidvar olduğunu deyib .

Təlimə Venesuela, Nikaraqua, Honduras, Boliviya, Kolumbiya, Ekvador, Yamayka, Dominikan Respublikası kimi 14 Cənubi Amerika və Karib adaları diplomatı qatılıb.

Tədbirin sonunda xalq artisti Mənsum İbrahimovun sagirdləri muğam sənətinin gözəl incilərini ifa ediblər.

Azərbaycanda olduqları zaman xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləyiblər. Diplomatlar üçün Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər deyiblər. Eyni zamanda, diplomatlar üçün Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci il dönümü ilə bağlı xüsusi təqdimat da keçirilib.

Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Quba, Qobustan, Bibiheybət məscidi, katolik kilsəsi, Atəşgah məbədi, Səngəçal terminalı və digər mədəniyyət ocaqları və muzеylərini ziyarət ediblər.

Azərbaycan Diplomatik Akademiyası Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi istiqamətində bu il daha bir neçə proqram həyata keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti