...

Azərbaycan çaylarında sululuq səviyyəsinin azalması müşahidə olunur

Cəmiyyət Materials 29 İyun 2011 13:14 (UTC +04:00)
Azərbaycanda iyun ayının sonlarında əksər dağ çaylarında sululuğun bir qədər azalması müşahidə olunur.
Azərbaycan çaylarında sululuq səviyyəsinin azalması müşahidə olunur

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Azərbaycanda iyun ayının sonlarında əksər dağ çaylarında sululuğun bir qədər azalması müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Hazırda Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 55-145, Quba-Xaçmaz bölgəsi çaylarında 70-180, Lənkəran-Astara bölgəsi çaylarında 190-250, Kiçik Qafqaz çaylarında 55-85, Naxçıvan MR çaylarında isə 106 faizini təşkil edir.

Məlumata görə, iyun ayının 26-dan başlayaraq Kür çayının aşağı axınında da suyun səviyyəsində azalma müşahidə olunur. Surra məntəqəsində suyun səviyyəsi 88 sm, Şirvanda 106 sm, Salyanda 44 sm, Bankədə 26 sm, Araz çayının Novruzlu məntəqəsində isə 75 sm azalıb.

Tranzit çaylarda vəziyyətlə bağlı Departamentdən bildirilib ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi ongünlük normanın 68 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə 106 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti