...

Azərbaycanın ailə məsələləri üzrə qanunvericiliyi təkmilləşdiriləcək

Cəmiyyət Materials 29 İyun 2011 14:48 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) qeyd olunub.
Azərbaycanın ailə məsələləri üzrə qanunvericiliyi təkmilləşdiriləcək

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ailə məsələləri üzrə qanunvericiliyi təkmilləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) qeyd olunub.

Sənəddə bildirilir ki, bu məqsədlə 5 il ərzində Azərbaycan qanunvericiliyinin ekspertizasının aparılması nəzərdə tutulub. Ekspertizanın aparılması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə olunub.

Sənəddə gender siyasətinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.

Bu tədbirlər sırasına seçkilərdə qadınların fəallığının artırılması məqsədilə təbliğat işlərinin həyata keçirilməsi, mövcud maneələrin aradan qaldırılması, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması, uşaqların zorakılığa məruz qalma faktlarının analiz və qiymətləndirməsinin aparılması daxildir.

Həmçinin erkən nikah hallarının azaldılması istiqamətində fəaliyyətin gücləndirilməsi, insan alverinə məruz qalmış vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində təkliflərin hazırlanması, zorakılıq qurbanları üçün sığınacaqların yaradılması ilə bağlı təkliflərin hazırlanması barədə müvafiq qurumlara tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti