...

Xaricdən din adı altında Azərbaycanın işlərinə müdaxilə etmək istəyi var - millət vəkili

Cəmiyyət Materials 13 İyul 2011 12:26 (UTC +04:00)
Bəzən bir sıra dövlətlər din adı altında Azərbaycanın işlərinə müdaxilə etmək istəyirlər.
Xaricdən din adı altında Azərbaycanın işlərinə müdaxilə etmək istəyi var - millət vəkili

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir R.Hafizoğlu/

Bəzən bir sıra dövlətlər din adı altında Azərbaycanın işlərinə müdaxilə etmək istəyirlər. AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Qafqaz Müsəlmanları İdarəsində toy və yas mərasimlərinə həsr olunmuş "dəyirmi masa"da çıxışı zamanı bildirib.

O bildirib ki, beynəlxalq arenada və Azərbaycanda islamın bütün müqəddəs dəyərlərini müdafiə etmək lazımdır.

"Təəssüflər olsun ki, qloballaşan dünyada bir çox hallarda islama haqsız hücumlar olur. İslam ölülər üçün deyil, dirilər üçündür. İslamın yas və ölülərə aid olması təsəvvürü ortadan qaldırılmalıdır", - Mahmudov bildirib.

Tarix İnstitutunun direktoru Azərbaycanın cənub zonasında mollaların attestasiyadan keçməsini çox gözəl addım kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti