Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Paytaxtda ər-arvadın qətli ilə bağlı cinayət işi Bakı şəhər prokurorluğunun istintaq idarəsinin icraatına verilib.
Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri aparılır.
Hadisənin motivi və onu törədən şəxslər hələlik müəyyən edilməyib. Cinayəti törədənlərin müəyyənləşdirilib tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İyulun 12-də Nərimanov rayonu Ağa Nemətulla küçəsi, ev 62, mənzil 16-da orada yaşayan Cabbar Əkbərovun bıçaqla, arvadı Tellinin isə boğma yolu ilə qətlə yetirilmiş meyitləri tapılıb.