Azərbaycan, Bakı, 20 iyul /Trend/
Azərbaycanın Naxçıvan şəhərində zəlzələ olub.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, iyulun 20-də səhər saat 08:18-də Naxçıvan şəhərindən 43 km şimal-qərbdə 2,8 bal gücündə zəlzələ qeydə alınıb.
3 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.