...

Azərbaycanda dövlət dilində olan reklamların sayı azdır - Dil Komissiyasının üvzü

Cəmiyyət Materials 1 Avqust 2011 17:34 (UTC +04:00)
Azərbaycanda dövlət dili dövlət səviyyəsində qorunur, dövlət dilinin hüququ baxımdan qorunması, inkişafı məsələsi isə "Dövlət dili haqqında" qanunda öz əksini tapıb.
Azərbaycanda dövlət dilində olan reklamların sayı azdır - Dil Komissiyasının üvzü

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dövlət dili dövlət səviyyəsində qorunur, dövlət dilinin hüququ baxımdan qorunması, inkişafı məsələsi isə "Dövlət dili haqqında" qanunda öz əksini tapıb. Bunu bazar ertəsi Trend-ə Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədov deyib.

Onun sözlərinə görə, sabiq Prezidenti Heydər Əliyevin verdiyi fərman əsasında "Dövlət dili" haqqında qanun 2002-ci ilin 30 sentyabrında təsdiqlənib. Ölkə Prezidentinin 2001-ci ildə 9 avqust tarixli fərmanı əsasında isə hər il 1 avqust həm Azərbaycan dili, həm də Azərbaycan Əlifbası Günü kimi qeyd olunur.

Dövlət Dil Komissiyasının üzvü hesab edir ki, bu gün Azərbaycanda dövlət dili müxtəlif sahələrdə, o cümlədən xidmət sahələrində, kütləvi informasiya vasitələrində yaxşı səviyyədə istifadə edilir. Dövlət dilinin inkişafı üçün alimlər səviyyəsində işlər görülür, müəyyən tədqiqatlar aparılır.

Məmmədov deyib ki, reklamlarda dövlət dilindən istifadə ilə bağlı pozuntu hallarına rast gəlinir.

Onun sözlərinə görə, reklamlarda alınma sözlər işlədilir. Azərbaycan dilində olan reklamların sayı da azdır.

"Halbuki qanunda göstərilib ki, reklamlar Azərbaycan dilində verilməli, onların həcmi də əcnəbi dildə olan reklamlardan daha çox olmalıdır. Amma reklam maliyyə vəsaiti ilə bağlı olduğu üçün bu sahədə pozuntular çox hiss olunur. Küçələrdə reklamlar xarici dillərdə verilir, restoranların, kafelərin adları, şirkətlərin adları xarici dillərdə olur. Dövlət bu məsələlərə nəzarət etməlidir", - komissiya üzvü söyləyib.

Xəbər lenti

Xəbər lenti