Bakı, Azərbaycan, 4 avqust /Trend/
Ağdamın "Qarabağ" klubu "Brügge" ilə matçda qələbə qazanmağına baxmayaraq Avropa liqasının növbəti mərhələsinə vəsiqə qazana bilmədi.
Bakının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyun futbolçularımızın 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Buna baxmayaraq, iki oyun nəticəsində klubumuz Avropa liqasından kənarda qaldı.
Xatırladaq ki, Belçikada keçirilmiş ilk oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələndi.