...

Azərbaycanda "Turizm haqqında" yeni qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 15 Avqust 2011 11:50 (UTC +04:00)
Azərbaycanda "Turizm haqqında" yeni qanun layihəsi Milli Məclisə təqdim ediləcək
Azərbaycanda "Turizm haqqında" yeni qanun layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycanda "Turizm haqqında" yeni qanun layihəsi Milli Məclisə təqdim ediləcək.

Trend-in məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirliyin Turizm şöbəsinin müdir müavini - Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, yeni qanun layihəsinə artıq Nazirlər Kabinetində baxılıb və sənəd razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib. Onun sözlərinə görə, "Turizm haqqında" yeni qanunun qəbulu bu sahənin inkişafına əlavə imkanlar yaradacaq.

"Daha yüksək səviyyədə beynəlxalq turizm bazarına inteqrasiya olunmaq, dünya standartlarına uyğun turizm xidmətini təşkil etmək, turizm insan ehtiyatlarının hazırlanmasını beynəlxalq şərtlərə uyğunlaşdırmaq, ölkənin turizm potensialını daha geniş təbliğ etmək baxımından yeni qanuna ehtiyac var", - Qəhramanov bildirib.

O qeyd edib ki, yeni qanun daha geniş təsir vasitələrini işə salmağa imkan verəcək. "Bu, turizm xidməti infrastrukturunun genişləndirilməsi, yerləşdirmə obyektlərinin sayının artırılması, mədəniyyət obyektlərinin turizm nümayiş obyekti kimi istifadə olunmasının təşkili, regionlarda turizmin inkişafı, turizmin müxtəlif növlərinin təşviqi baxımından əlavə imkanlar verəcək", - sektor müdiri bildirib.

Xəbər lenti

Xəbər lenti