...

Finala yüksələn azərbaycanlı kanoeçi duetin rəqibləri müəyyənləşib

Cəmiyyət Materials 19 Avqust 2011 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Finala yüksələn azərbaycanlı kanoeçi duetin rəqibləri müəyyənləşib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Federasiyanın məlumatına görə, Macarıstanın Seqed şəhərindəki dünya çempionatında 500 metr məsafəyə yürüşdə finala yüksələn Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy - Maksim Prokopenko duetinin bütün rəqibləri müəyyənləşib. Avqustun 19-da Bakı vaxtı ilə saat 19:01-də startı veriləcək həlledici yürüşdə Bezuqlıy - Prokopenko cütlüyü seçmə mərhələdə onları qabaqlayan Yevgeni İqnatov - İvan Ştıl (Rusiya), eləcə də Yaroslav Radon - Filip Dvoryak (Çexiya), Alexandru Dumitresku - Viktor Mixalaki (Rumıniya), Mariuş Kruk - Roman Rınkeviç (Polşa), Qyörgi Kozmann - Peter Daniel Korisanski (Macarıstan), Tomas Hall - Benjamin Russell (Kanada), Peter Kretşmer - Kurt Kuşela (Almaniya) və Dmitri Verxeles - Denis Kamerilov (Ukrayna) duetləri ilə mübarizə aparacaq.

Azərbaycanlı cütlük həmin gün olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşə də qatılacaq. Bu məsafəyə seçmə yürüşlər saat 12:55-dən 13:16-dək davam edəcək.

Bundan öncə - saat 11:00-da qadın kayakçımız Natalya Fikilisova, 11:55-də kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla, 12:15-də kişi kayakçılarımızdan ibarət Mirnazim Cavadov - Tamerlan Mustafayev dueti 2 nəfərlik qayıqla 500 metr məsafəyə start yürüşünə çıxacaqlar. Saat 18:37-də isə kanoeçimiz Adnan Əliyev 1 nəfərlik qayıqla 1000 metr məsafəyə B finalında (10 - 18-ci yerlər) mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti