...

2 aprel məhbuslarına hökm oxundu

Cəmiyyət Materials 25 Avqust 2011 16:48 (UTC +04:00)
Bu gün "İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs olunan 6 nəfərə hökm oxunub.
2 aprel məhbuslarına hökm oxundu

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün "İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs olunan 6 nəfərə hökm oxunub.

Səbail rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmənin hökmü ilə təqsirləndirilənlər - Sahib Kərimov və Elşən Həsənov 2 il, Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Zülfüqar Eyvazov və Babək Həsənov hər biri 1 il 6 ay azadlıqdan məhrum ediliblər.

Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti