...

Nazir: Azərbaycanda turizmlə bağlı peşə məktəblərinin inkişafı nəzərdə tutulur

Cəmiyyət Materials 20 Sentyabr 2011 12:11 (UTC +04:00)
Azərbaycanda turizmlə bağlı peşə məktəblərinin inkişafı nəzərdə tutulur.
Nazir: Azərbaycanda turizmlə bağlı peşə məktəblərinin inkişafı nəzərdə tutulur

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda turizmlə bağlı peşə məktəblərinin inkişafı nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyi və Mətbuat Şurasının təşəbbüsü ilə "Turizmin inkişafı media müstəvisində" mövzusunda keçirilən "dəyirmi masa"da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

"Bu peşə məktəblərində turizmlə bağlı xidmət sahələrində çalışan insanlara təlimlər keçiriləcək. Azərbaycanda xidmət səviyyəsi də beynəlxalq səviyyəyə qaldırılmalıdır", - Qarayev bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində 10 min turistin yerləşdirilməsi mümkündür.

Qarayev deyib ki, hazırda Azərbaycandakı otellərdə 31 548 nəfərin yerləşdirilməsi mümkündür.

"Bütün bunlar yerli sərmayəçilərin hesabına mümkün olub", - nazir deyib.

Nazir həmçinin qeyd edib ki, Azərbaycanda insanlarda turizm etikası formalaşmalıdır.

"Azərbaycanda bəzən insanlar istirahət etdikləri yerlərdə ocaq qalayırlar və sonradan həmin ocağı söndürmürlər. Qobustan qayalarında tarixi yazılardan əlavə, bura gələn qonaqlar da qayaların üzərində yazılar yazırlar", - Qarayev bildirib.

Azərbaycanda 2011-ci il "Turizm il"i elan olunub.

Xəbər lenti

Xəbər lenti