...

ABŞ-ın raket kreyserləri Türkiyə sularında yerləşdiriləcək

Cəmiyyət Materials 4 Oktyabr 2011 12:46 (UTC +04:00)
AvroRHM radarının yerləşdirilməsi ilə bağlı razılaşmaya nail olunmasının ardından ABŞ-ın Aegis sistemlərinin şəkli dəyişdirilmiş versiyasına malik olan raket kreyserləri Türkiyənin Aralıq dənizinin şərqindəki ərazi sularında yerləşdiriləcək.
ABŞ-ın raket kreyserləri Türkiyə sularında yerləşdiriləcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Tağıyeva/

AvroRHM radarının yerləşdirilməsi ilə bağlı razılaşmaya nail olunmasının ardından ABŞ-ın Aegis sistemlərinin şəkli dəyişdirilmiş versiyasına malik olan raket kreyserləri Türkiyənin Aralıq dənizinin şərqindəki ərazi sularında yerləşdiriləcək. Gəmilər göyərtəsində SM-2-blok3B tipli zenit raketləri daşıyacaqlar. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti NATO-dakı mənbələrə istinadən xəbər verir.

Aegis sistemlərinin şəkli dəyişdirilmiş versiyasına malik gəmilər qonşu ölkələrin hava məkanını müşahidə edə biləcəklər.

Bir müddət əvvəl Türkiyə XİN-in rəsmi nümayəndəsi Səlcuq Ünal jurnalistlərə məlumat vermişdi ki, ABŞ və NATO-nun yaratdığı RHM sistemi çərçivəsində raket hücumu təhlükəsi barədə ilkin xəbərdarlıq radarı Türkiyədə yerləşdiriləcək.

Diplomat xatırlatmışdı ki, RHM sisteminin yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabonda keçirilmiş sammitində qəbul olunub və Türkiyə lap əvvəldən bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı işlərə dəstək verib.

Bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan RHM-in yaradılmasının birinci mərhələsində artıq yaradılmış və öz effektivliyini sübut etmiş "Aegis" dəniz bazası sistemlərinin də daxil olduğu RHM sisteminin Avropada yerləşdirilməsi nəzərdə tutulur. Sözügedən radar AN/TPY-2 dəniz mobil radar aşkarlama sistemidir. Radarın və raket-tutucuların yerləşdirilməsi Avropanın regional ballistik raket təhdidlərini əks etdirməyə imkan verəcək.
İkinci mərhələ 2015-ci ilədək başa çatacaq. Lazımi sınaqların keçirilməsindən sonra dəniz və yerüstü yerləşdirmə üçün daha güclü raket-tutucu SM-3-ün (Blok-IB) versiyasının, eləcə də yaxın və orta radiuslu raket təhdidlərindən müdafiə olunan rayonun genişləndirilməsi üçün daha mükəmməl sensorların yerləşdirilməsi planlaşdırılır.

2018-ci ildə başa çatmalı olan üçüncü mərhələ təkmilləşdirilmiş SM-3 (Blok IIA) istehsalı, sınaqdan keçirilməsi və yerləşdirilməsini nəzərdə tutur.

RHM sisteminin yaradılmasının dördüncü fazasının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. SM-3-ün (Blok IIB) yerləşdirilməsinin orta və uzaq məsafəli raket təhlükələrinə və gələcəkdə ABŞ-a qarşı qitələrarası ballistik raket təhdidlərinin mümkünlüyünə qarşı daha yaxşı müdafiə olunmağa imkan verəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti