...

Bakıda təhsil yarmarkası keçirilir

Cəmiyyət Materials 9 Oktyabr 2011 14:59 (UTC +04:00)
ABŞ-ın Dövlət Departamenti və Bakı Təhsil Məlumat Mərkəzi bazar günü Bakıda təhsil yarmarkası təşkil edir
Bakıda təhsil yarmarkası keçirilir

Azərbaycan, Bakı, 9 oktyabr , /Trend, müxbir M.Əliyev/

ABŞ-ın Dövlət Departamenti və Bakı Təhsil Məlumat Mərkəzi bazar günü Bakıda təhsil yarmarkası təşkil edir.

Trend-in məlumatına görə yarmarkanın məqsədi bütün maraq göstərən şəxsləri bir yerə toplayıb ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir.

Yarmarkada 15-dən çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olunurlar. Onların nümayəndələri yarmarka iştirakçılarına öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verir, həmçinin material və bukletlərlə təmin edirlər.

Yarmarka saat 16.00-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti