...

Bu gündən doktoranturaya qəbul imtahanları başlayır

Cəmiyyət Materials 19 Oktyabr 2011 09:00 (UTC +04:00)
Bu gündən Azərbaycanda doktoranturaya qəbul imtahanlarının keçirilməsinə başlanılır.
Bu gündən doktoranturaya qəbul imtahanları başlayır

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanda doktoranturaya qəbul imtahanlarının keçirilməsinə başlanılır.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) çərşənbə günü Trend-ə verilən məlumata görə, doktoranturaya ixtisas fənləri üzrə qəbul imtahanları noyabrın 25-ə qədər davam edəcək.

İmtahanların keçirilməsi üçün hər bir institutda imtahan komissiyası yaradılıb.

İmtahan yazılı və şifahi şəkildə keçiriləcək. Hər bir namizəd müəyyən edilmiş vaxt çərçivəsində sualı yazılı şəkildə cavablandırmalı, daha sonra isə onu komissiya üzvlərinə danışmalıdır.

AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 plan yerinə 478 nəfər sənəd verib.

Oktyabrın 20-dən isə Təhsil Nazirliyinin (TN) tabeliyində olan ali məktəblərin doktoranturalarına qəbul imtahanlarının keçirilməsinə başlanacaq. İmtahanlar noyabrın 20-dək davam edəcək.

TN sistemində olan ali məktəblərin doktoranturalarında təhsil almaq üçün 568 plan yeri ayrılıb.

Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir.

Elmlər doktoru proqramı üzrə sənəd qəbulu ilin sonunadək davam edəcək.

Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Xəbər lenti

Xəbər lenti