...

Azərbaycanda turizm statistikasının toplanması sistemi təkmilləşdiriləcək

Cəmiyyət Materials 21 Oktyabr 2011 15:37 (UTC +04:00)
Azərbaycanda turizm sahəsi üzrə statistik məlumatların toplanması sistemi və metodologiyası təkmilləşdiriləcək.
Azərbaycanda turizm statistikasının toplanması sistemi təkmilləşdiriləcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm sahəsi üzrə statistik məlumatların toplanması sistemi və metodologiyası təkmilləşdiriləcək. Bu barədə Trend-ə cümə günü Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, bu məqsədlə noyabrın sonlarında xarici ekspertlərin ölkəmizə səfəri gözlənilir.

Statistik məlumatların toplanılması sisteminin təkmilləşdirilməsi nəticəsində daha dəqiq hesablamaların aparılmasına nail olunacaq. Bunun üçün müəyyən ölkələrin təcrübəsindən istifadə olunacaq.

Nazirlikdən bildirilib ki, Azərbaycanın turizm sahəsi üzrə statistikanın təkmilləşdirilməsi üçün hansı ölkənin təcrübəsinə önəm verəcəyi xarici ekspertlərin ölkəmizə səfəri zamanı müəyyən olunacaq.

Hazırda isə Azərbaycan turizm sahəsi üzrə statistik məlumatların toplanılmasını Ümumdünya Turizm Təşkilatı, BMT-nin statistika bölməsinin tövsiyələrini nəzərə almaqla həyata keçirir.

Xəbər lenti

Xəbər lenti