...

Azərbaycanda şahmat dərslərinin ikinci sinifdən tədris olunması təklif edilir

Cəmiyyət Materials 25 Oktyabr 2011 14:32 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində şahmat dərslərinin ikinci sinifdən tədris olunması təklif edilir. Bu barədə çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyindən bildirilib.
Azərbaycanda şahmat dərslərinin ikinci sinifdən tədris olunması təklif edilir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində şahmat dərslərinin ikinci sinifdən tədris olunması təklif edilir. Bu barədə çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, bu, şahmatın tədris olunması ilə bağlı irəli sürülən ilkin təklifdir. Bununla bağlı müzakirələr hələ davam etdiriləcək.

Şahmat dərslərinin tədrisinə gələn ilin yanvarından başlanılması planlaşdırılır. Bu dərslər məktəblərdə şagirdlərə praktiki şəkildə öyrədiləcək. Bunun tədrisi üçün nazirlik rayon və şəhərlərin böyük əksəriyyətində fəaliyyət göstərən şahmat məktəblərinin imkanlarından istifadə edəcək. Hazırda isə şahmat dərslərinin tədrisi üçün pilot məktəblər müəyyənləşdirilir.

Eyni zamanda, çalışan şahmat dərəcəsi olan müəllimlər barədə də məlumatlar toplanacaq. Şahmat dərslərinin tədrisi üçün hər rayonda bir məktəb seçiləcək.

"Şahmat elə bir oyun növüdür ki, insanları yaradıcı şəkildə düşünməyə sövq edir. Biz şahmatçı hazırlamağı nəzərdə tutmuruq, məqsədimiz kimi isə qrossmeyster etmək deyil. Şahmatın tədrisi nəticəsində şagirdlər arasında bu sahəyə maraq göstərən istedadlı uşaqlar aşkarlana bilər. Şahmatın tədrisi digər uşaqların asudə vaxtlarının təşkilində böyük rol oynaya bilər", - nazirlikdən bildirilib.

Azərbaycanın təhsil naziri Misir Mərdanov Azərbaycanın rayon və şəhərlərində seçilmiş bir ümumtəhsil məktəbində şahmat dərslərinin tədris olunması barədə əmr verib. Əmrdə şahmat dərslərinin təşkil olunması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə tapşırırlar verilib.

Xəbər lenti

Xəbər lenti