...

Parlament Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edib

Cəmiyyət Materials 25 Oktyabr 2011 17:12 (UTC +04:00)
Trend-in məlumatına görə, Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklik edilərək Balıqçılar qəsəbəsi, Ləj, Kənarmeşə, Kosalar, Şıxakəran, Şovu, Qurumba, Bəliton və Tuado kənd inzibati ərazi dairələri yaradılıb.
Parlament Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edib.

Trend-in məlumatına görə, Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklik edilərək Balıqçılar qəsəbəsi, Ləj, Kənarmeşə, Kosalar, Şıxakəran, Şovu, Qurumba, Bəliton və Tuado kənd inzibati ərazi dairələri yaradılıb.

Adıçəkilən ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi barədə qərar qəbul edilib.

Həmçinin, iclasda Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Gədəbəy rayonunun Ağamalı kəndi Çanaqçı, Əliismayıllı kəndi Alnabat, Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılıb.

Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndinin adı dəyişdirilərək Qızıltorpaq kəndi adlandırılıb.

Xəbər lenti

Xəbər lenti