...

AZAL futbol klubunun baş məşqçisi Elxan Abdullayev istefa verdi

Cəmiyyət Materials 31 Oktyabr 2011 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın AZAL futbol klubunun baş məşqçisi Elxan Abdullayev istefa qərarını klub rəhbərliyinə çatdırıb. Trend-in məlumatına görə, onun istəyi klub tərəfindən qəbul olunub.

Abdullayev ötən üç ayda AZAL klubundan istefa verən ikinci baş məşqçidir. Ondan əvvəl Nazim Süleymanov komandanın baş məşqçi postundan istefa vermişdi.

Hazırda AZAL Azərbaycan Çempionatında 10 xalla 11-ci pillədədir. Cəmi 2 qələbə qazanan "təyyarəçilər" 4 görüşdə heç-heçə edib, 5 qarşılaşmada isə məğlub olublar.

AZAL-ın yeni baş məşqçisinin adı hələ ki açıqlanmır.

Xəbər lenti

Xəbər lenti