...

Azərbaycanın futbol çempionatının ən yaxşıları mükafatlandırılıblar

Cəmiyyət Materials 3 Noyabr 2011 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın futbol üzrə Unibank Premyer Liqasının 2010-2011-ci il mövsümünün qaliblərinin cümə axşamı mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirin açılışında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev ötən mövsümkü çempionatın maraqlı keçdiyini vurğulayaraq, çoxlu sayda proqnozlaşdırılmayan nəticələrin qeydə alındığını bildirib.

"Bu gün Premyer Liqanın səviyyəsi yüksəlib, klubların inkişafı göz qabağındadır", - o deyib.

Abdullayev qeyd edib ki, növbəti çempionatların qaliblərinin mükafatlandırılması mərasimi Premyer Liqa oyunları başa çatdığı və ya onun sabahı gün keçiriləcək.

AFFA prezidenti bildirib ki, ölkədə qurulan infrastrukturun futbolun gələcəyinin parlaq olacağını vəd edir.

Tədbirdə ötən mövsümün çempionu "Neftçi" qızıl, "Xəzər Lənkəran" gümüş, "Qarabağ" futbolçuları isə bürünc medallarla mükafatlandırılıblar.

Premyer Liqanın 2010-2011-ci il mövsümünün ən yaxşı baş hakimləri Fariz Yusifov, Vüsal Əliyev və Elçin Məmmədov seçiliblər.

Ötən çempionatın ən yaxşı qapıçısı Kamran Ağayev (Xəzər Lənkəran), müdafiəçisi Ruslan Abışov (Neftçi), yarımmüdafiəçisi Flavinyo (Neftçi), Uinston Parks (Xəzər Lənkəran), baş məşqçi Arif Əsədov (Neftçi) seçilib. İlin ən yaxşı futbolçusu isə Flavinyo (Neftçi) olub.

Həmçinin, çempionatın bombardiri Georgi Adamiya (Qarabağ), ən yaxşı qolun sahibi Elvin Yunusov (Simurq), Avropa kuboklarında ölkəni klub səviyyəsində layiqli təmsil etdiyinə görə "Qarabağ" furtbol klubunun baş məşqçisi Qurban Qurbanov, ilin ən ədalətli futbol adamı kimi "Qəbələ" futbol klubunun baş məşqçisi Toni Adams mükafatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti