...

"Kəpəz" PFK-nın yeni baş məşqçisi məlum oldu

Cəmiyyət Materials 21 Noyabr 2011 17:13 (UTC +04:00)
"Kəpəz" PFK-nın yeni baş məşqçisi məlum olub.
"Kəpəz" PFK-nın yeni baş məşqçisi məlum oldu

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Kəpəz" PFK-nın yeni baş məşqçisi məlum olub.

Trend-in klubun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu, Mirbağır İsayevdir.

Məlumata görə, klubun sponsoru olan AZNUR şirkətinin rəhbərliyi ilə aparılan danışıqlardan sonra bu qərara gəlinib. İsayev sabahdan etibarən işə başlayacaq.

Qeyd edək ki, "Kəpəz" Peşəkar Futbol Klubunun baş məşqçisi Mehman Allahverdiyev və komandanın məşqçilər korpusu bu gün istefa verib.

Məlumata görə, komandanın son turlarda uğursuz çıxışı baş məşqçini və məşqçilər korpusunu bu addımı atmağa vadar edib. Komandanın yeni baş məşqçisinin kim olacağı yaxın vaxtlarda məlum olacaq.

Premyer Liqada uğursuz çıxış edən "Kəpəz" klubu hazırda 13 oyundan 12 xalla 10-cu sıradadır. Rəqib qapısına 16 qol vuran gəncəlilər öz qapılarında 22 top görüblər.

Xəbər lenti

Xəbər lenti