...

Bakının mərkəzinə pullu giriş: reallıq, yoxsa cəfəngiyat?

Cəmiyyət Materials 25 Noyabr 2011 14:40 (UTC +04:00)
Bakının mərkəzinə pullu giriş: reallıq, yoxsa cəfəngiyat?
Bakının mərkəzinə pullu giriş: reallıq, yoxsa cəfəngiyat?

Trend-i buradan izləyin

Azər Əhmədbəyli, Trend Analitik Mərkəzinin eksperti

Demək olar ki, bütün iri şəhərlər öz ölkələrində iqtisadiyyatın əsas mühərrikidir. Çünki bir qayda olaraq dövlətin ümumi daxili məhsulunun əsas hissəsini yaradan başlıca sənaye və ticarət müəssisələri məhz bu şəhərlərdə yerləşir. Bu mənada Bakı istisna deyil. İri şəhərlərdə nəqliyyat sisteminin necə işləməsi bir çox hallarda iqtisadiyyatın və ekoloji təhlükəsizliyin rəqabətədavamlılığından asılıdır.

İri şəhərlər gündə ən azı iki dəfə tıxaclardan "boğulurlar". Problem ondadır ki, yol şəbəkəsinin buraxılış qabiliyyəti avtonəqliyyat vasitələrinin sayının artmasından əhəmiyyətli dərəcədə geri qalır, yəni tələb təklifi əhəmiyyətli dərəcədə üstələyir. Məsələn, Pekində yol şəbəkəsinin illik artımı avtomobillərin sayının 10 faizlik artımı ilə müqayisədə 2 faizə yaxın təşkil edir. Bu, eynilə bir çox meqapolislərdə baş verir, lakin tendensiya daha çox inkişaf etmiş ölkələr üçün xarakterikdir.

Müxtəlif ölkələrdən olan mütəxəssislsər çoxdan belə bir qənaətə gəliblər ki, yolların buraxılış qabiliyyətinin yeni yolların və yolayırıcılarının tikintisi hesabına artırılması birmənalı olaraq avtomobillərin say artımı ilə ayaqlaşmır. Ona görə də bir çox ölkələrdə əgər təklifi tələbata uyğunlaşdırmaq mümkün olmursa, onda tələbi məhdulaşdırmağın lazım gəldiyini dərk edərək gələcək yol tikintisi layihələrindən imtina edirlər.

Bu gün məlum olur ki, Bakının mərkəzində hərəkətin dayanması halları yol qəzası, yolların təmiri və ya səhv parklama ilə bağlı deyil, mövcud yol şəbəkəsinin rahat şəkildə buraxmağa qadir olmadığı nəqliyyat axınının intensivliyinin kəskin şəkildə artması səbəbindədir. Bakının mərkəzi hissəsinə şəxsi avtomobilində getmək istəyənlərə maliyyə yükünün tətbiqi effektiv vasitədir. Gərgin hərəkət zonasına getmək üçün ödəniş həyata keçirilməsi ayrı-seçkilik deyil, iqtisadiyyatın səmərəliliyinin artırılması və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ədalətli tədbirdir. Bir tərəfdən adamların səfər üsulu və hərəkət marşrutu seçmək seçimi olacaq, digər tərəfdən pullu girişlə şəhərin nəqliyyat sisteminin yaxşılaşdırılmasına yönəlmiş xərclərin ödənilməsi üçün maliyyə mənbəyi formalaşacaq.

Avtomobil nəqliyyatının axınının məhdudlaşdırılması məqsədilə yüklənmiş hərəkət zonasına giriş üçün elektron ödəniş sisteminin tətbiqi dünyanın bir çox ölkələrində mövcuddur. Sinqapur bu yüksək texnologiyalı sistemin tətbiq olunduğu ilk şəhər oldu. Şəhərin mərkəzi işgüzar rayonuna bütün girişlərdə avtomobillərin lazer tanınma sistemi və zonaya giriş və çıxışı izləmək üçün infraqırmızı kameralarla təchiz edilmiş 85 portal quraşdırılıb. Avtomobillərdə portallarda quraşdırılan sensorlarla qarşılıqlı təsir yaradan xüsusi cihazlar quraşdırılıb. Portal altından keçən və pullu zonaya daxil olan avtomobil tanınır və smart-kartlardan dərhal qurğunun ekranın hesablanan verginin məbləği avtomatik olaraq silinir. Sistem hərəkətə heç bir təsir etmir və heç bir əl əməliyyatı və ya nəqliyyatın dayandırılması yoxdur.

2007-ci ilədək Stokholm da gündəlik tıxaclardan əziyyət çəkirdi, belə ki, şəhərə hər gün yarım milyon avtomobil gəlirdi. Belə sistemlərin quraşdırılması nəticəsində Stokholmun mərkəzində hərəkətin gur vaxtında intensivlik 25 faizə düşdü, ictimai nəqliyyatda sərnişinlərin sayı 6 faiz artdı, şəhərin mərkəzində yerləşən ticarət müəssisələrinin dövriyyəsi 6 faiz çoxaldı, atmosferə atılan işlənmiş qazların miqdarı 8-14 faiz, şəhərin mərkəzində istixana effekti (СО2) 40 faiz azaldı.

Müxtəlif ölkələrdə çoxlu sayda sistemin işinin tənzimlənməsinin müxtəlif texniki və normativ mexanizmləri mövcuddur. Müvəqqəti ödəmə rejimi daha çox həftənin beş iş günü axşam saat yeddidən səkkizədəkdir. Zonaya girmək üçün ən yüksək ödəmə haqqı pik saatlardadır. Ödəmə üsulları da müxtəlifdir: telefonla, internet, smart-kartlar vasitəsilə və s.. Sakinlər üçün endirimlər var. Məsələn, Londonda pullu zonada sakinlər üçün endirim 90 faiz təşkil edir. Təcili yardım xidməti, dövlət lisenziyasına malik taksilər, əlillər tərəfindən idarə olunan avtomobillər və bəzi başqa avtomobil vasitələri vergi ödəməkdən azad ediliblər.

Bakıda şəhərin mərkəzi hissəsinə daxil olmaq üçün ödəniş sisteminin tətbiq olunacağı halda ictimaiyyətin buna reaksiyasının necə olacağı məlum deyil. Lakin bu gün Bakı üçün belə təklif nə qədər qeyri-real görünsə də, yenə də bunun üstündə fikirləşmək olar.

Xəbər lenti

Xəbər lenti