...

Salyanın yaşayış yeri kimi 2800 illik tarixi qeyd ediləcək

Cəmiyyət Materials 26 Noyabr 2011 13:37 (UTC +04:00)
Dekabrda Azərbaycanda Salyanın yaşayış yeri kimi 2800 illik tarixi qeyd ediləcək.
Salyanın yaşayış yeri kimi 2800 illik tarixi qeyd ediləcək

Azərbaycan, Bakı, 26 noyabr / Trend müxbir İ.İsabalayeva/

Dekabrda Azərbaycanda Salyanın yaşayış yeri kimi 2800 illik tarixi qeyd ediləcək. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Salyan Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Arif Məmmədov məlumat verib.

Onun sözlərinə görə, son illər Salyan rayonunda aparılmış arxeoloji qazıntıların nəticəsinə əsasən, Salyanda ilk yaşayış məskənlərinin eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəlində dəmirin kəşfi ilə əlaqədar əmək məhsuldarlığının artması, əhalinin dağlıq ərazilərdən dağətəyi və düzən ərazilərə axını ilə əlaqədar yaranıb.

Tarixçi bildirib ki, aparılan arxeoloji qazıntılar nəticəsində Salyan ərazisində eramızdan əvvəl 8-7 əsrə aid olan yaşayış məskənləri tapılıb.

Məmmədovun sözlərinə görə, yunan çoğrafiyaşünası Strabon "Çoğrafiya" əsərində Kür çayının gəmiçilik üçün yararlı olması, antik yaşayış məskəninin həmin çay boyunca salınması haqqında məlumat verib.

"Yuxarı hissədə dağlıq ərazilərdən sürətlə axın götürən Kür çayının Salyan ərazisində sürəti azalır. Bu da ondan təsərrüfat məqsədilə istifadə etməyə imkan yaradır. Salyanda Kür sakit axdığı üçün antik dövrdə gəmilər bu əraziyə yan alır və yüklər burada boşaldılırdı. Salyan (salın yan aldığı, yüklərin boşaldığı yer) sözünün etimalogiyası bu fikri təsdiq edir", - tədqiqatçı deyib.

Xəbər lenti

Xəbər lenti