...

Bu gündən Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Cəmiyyət Materials 28 Noyabr 2011 12:19 (UTC +04:00)
Bu gündən Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Bu gündən Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, noyabrın 29-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşam havanın tutulacağı, bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Havanın temperaturu gündüz 8-11, gecə 1-3 dərəcə isti olacaq.

Noyabrın 29-da cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək.

Noyabrın 29-dan 30-a keçən gecə havanın tutqun olacağı, noyabrın 30-da gündüz havanın arabir açılacağı gözlənilir.

Noyabrın 30-da Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 29-da hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gündüz 6-11 dərəcə isti, dağlarda 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi yerlərdə 6 dərəcə isti olacaq.

Noyabrın 30-da rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin olacağı gözlənilir. Havanın temperaturu gündüz 5-10 dərəcə isti, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti qeydə alınacaq.

Xəbər lenti

Xəbər lenti