...

Azərbaycanın ilk elektron ensiklopediyası istifadəyə verilib

Cəmiyyət Materials 2 Dekabr 2011 17:32 (UTC +04:00)
Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar bu gün ilk dəfə elektron ensiklopediya istifadəyə verilib.
Azərbaycanın ilk elektron ensiklopediyası istifadəyə verilib

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar bu gün ilk dəfə elektron ensiklopediya istifadəyə verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, ensiklopediya - www.azerbaijans.com saytı 7 dildə (Azərbaycan, rus, ingilis, türk, fransız, ispan, Danimarka) fəaliyyət göstərəcək. Sayt Azərbaycan haqqında məlumatların dünyaya yayılması üçün geniş imkanlar yaradacaq.

Saytda bayraq, gerb, himn, konstitusiya, dil, dövlət qurumları, tarix, siyasət, diaspor, elm, səhiyyə, iqtisadiyyat, folklor, anons və s. bölmələr üzrə ölkəmiz haqqında ətraflı məlumatlar əldə etmək mümkündür.

Burada turizm bölgələri, kurort zonaları, hotellər barədə məlumatlar Azərbaycanı tanımaq, gəzmək istəyən turistlər üçün əlverişli vasitədir. Saytda fotoqalereya, azetube - videoçarxlar bazası da yer alıb.

Xəbər lenti

Xəbər lenti