...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri orta məktəb dərsliklərində problemlərin olduğunu iddia edir

Cəmiyyət Materials 8 Dekabr 2011 12:36 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə orta məktəb dərsliklərində problemlərin olduğunu iddia edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri orta məktəb dərsliklərində problemlərin olduğunu iddia edir

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə orta məktəb dərsliklərində problemlərin olduğunu iddia edir.

"Müəyyən orta məktəb dərsliklərində problemlər var. Bu, bizi narahat edir. Əsas problem isə biologiya və tarix dərslikləri ilə bağlıdır", - Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.

Abbaszadə hesab edir ki, tarix dərsliyində səhvlərin olması Azərbaycan üçün həm siyasi nöqteyi-nəzərdən, həm də mənəvi baxımdan düzgün deyil.

Onun sözlərinə görə, səhvlər "Abituriyent" junalının 1-ci sayında göstəriləcək.

Abbaszadə həmin səhvlərin Təhsil Nazirliyi tərəfindən qəbul edilməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu səhvlər əsaslandırılır.

"Dərsliklərdə bir-birinə zidd nəzəriyyələrin verilməsi düzgün deyil. Zidd nəzəriyyələr dərsliklərdə əksini tapdığı halda şagirdlərə digər nəzəriyyələrin mövcudluğu barədə məlumat verilməlidir", - Abbaszadə əlavə edib.

Tədbirdə iştirak edən Təhsil Nazirliyi yanında Dərsliklərin Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə bildirib ki, nazirlik yalnız dərslikləri qiymətləndirir.

"Dərsliklərdəki səhvlərə görə isə əsas məsuliyyəti həmin dərsliyi müsabiqəyə təqdim edən nəşriyyatlar daşıyır. Hazırda dərsliklər təkmilləşdirilir. Kurikuluma keçidlə bağlı tarix və biologiya dərsliklərinin yeniləşməsi gözlənilir", - o deyib.

Xəbər lenti

Xəbər lenti