...

Bakıda anomal hava şəraiti ilə bağlı şəhərin təhlükəli olan yolları açıqlanıb

Cəmiyyət Materials 27 Yanvar 2012 10:35 (UTC +04:00)
Yol polisi Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin təhlükəli olan yollarını açıqlayıb.
Bakıda anomal hava şəraiti ilə bağlı şəhərin təhlükəli olan yolları açıqlanıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Yol polisi Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin təhlükəli olan yollarını açıqlayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə günü Trend-ə bildirib ki, hazırda Yasamal rayonunun yüksək ərazilərindəki küçə və prospektlərdə yollarda buz qatı əmələ gəldiyindən avtomobillərin hərəkəti üçün təhlükə yaranıb.

"Şamaxinka" kimi taninan ərazi, 20 Yanvar dairəsi, Mikayıl Müşfiq dairəsindən Badamdar qəsəbəsi istiqamətinə, Mətbuat, İnşaatçılar, Tbilisi prospektləri və ümumiyyətlə, paytaxtın əksər enişli-yoxuşlu və sərt yollarında vəziyyət təhlükəlidir", - Əsədov deyib.

Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Əsədov bildirib ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir.

Yol polisi sürücülərə deyilən istiqamətlərdə avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti