...

Heydər Əliyev Beynəlxalq Hava Limanı bütün təyyarələrin qəbulu üçün açıqdır

Cəmiyyət Materials 3 Fevral 2012 10:45 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanı bütün təyyarələrin qəbulu üçün açıqdır.
Heydər Əliyev Beynəlxalq Hava Limanı bütün təyyarələrin qəbulu üçün açıqdır

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/

Heydər Əliyev Beynəlxalq Hava Limanı bütün təyyarələrin qəbulu üçün açıqdır. Bunu Trend-ə cümə günü "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinən görə, yerli vaxtla saat 10:00-dan aeroport bütün təyyarələr, xüsusən də tranzit reyslər üçün açıqdır.

Səfərli deyib ki, hazırda Moskva, İstanbul və Dubaya olan dünənki reyslər uçuşa hazırlanır. Digər təxirə salınmış reyslər imkan olduqca tədricən həyata keçiriləcək.

Səfərli, həmçinin qeyd edib ki, bu günə nəzərdə tutulan Bakı-Paris və Bakı-Milan aviareysləri müvafiq olaraq fevralın 5-i və 6-da reallaşacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti