...

Bakıda 18 nəfər sürüşmə nəticəsində xəsarət alıb

Cəmiyyət Materials 6 Fevral 2012 09:49 (UTC +04:00)
Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 18 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb.
Bakıda 18 nəfər sürüşmə nəticəsində xəsarət alıb

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir İ.İsabalayeva/

Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 18 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb. Bunu bazar ertəsi Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

O bildirib ki, xəsarət alan şəxslərin 17-si xəstəxanalara yerləşdirilib.

Baş həkimin sözlərinə görə, dünən donvurma ilə əlaqədar müraciət olmayıb.

Ötən sutka ərzində dəm qazından zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyalarına 19 nəfər müraciət edib. Onların 15-i xəstəxanalara çatdırılıb.

Xəbər lenti

Xəbər lenti