...

Azərbaycanda 700-ə yaxın yol polisi əməkdaşı cəzalandırılıb

Cəmiyyət Materials 10 Fevral 2012 10:02 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə "Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycan Respublika Baş Dövlət Yol Polisi idarəsinin rəisi, general-mayor Ramiz Zeynalov məlumat verib.
Azərbaycanda 700-ə yaxın yol polisi əməkdaşı cəzalandırılıb

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir K.Zərbalıyeva/

Ötən il yol verdikləri nöqsanlara görə, 697 yol polisi əməkdaşı cəzalandırılıb.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycan Respublika Baş Dövlət Yol Polisi idarəsinin rəisi, general-mayor Ramiz Zeynalov məlumat verib.

Cəzalandırılanlardan 39 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 20 əməkdaş isə tutduğu vəzifədən azad olunub.

"Bu onu göstərir ki, hələ də aramızda vəzifə andını pozan, xidməti fəaliyyəti ilə bir araya sığmayan əməllər törədən əməkdaşlar var, ən əsası isə onlara qarşı prinsipial mübarizə mövcuddur və belə neqativ hallar hökmən aşkarlanır", Zeynalov deyib.

Korrupsiyaya qarşı mübarizəni daha çox fəaliyyətdə şəffaflığın yaradılması kimi dəyərləndirən Zeynalov qeyd edib ki, bu məsələ yol polisinin fəaliyyətində əsas istiqamətlərdəndir

Baş İdarə rəisi bi istiqamətdə görülən tədbirlərdən ən əsasının yol polisi əməkdaşlarının pulla təmasının tam aradan qaldırılması olduğunu deyib.

"Biz sürücülərin hər hansı bir qayda pozuntusuna görə cərimələnməsini polisin heç bir müdaxiləsi olmadan nəzarət mexanizmi vasitəsilə həyata keçiririk. Artıq sürücülərə protokol yazılır, cəriməni banklarda ödəmək üçün bildiriş verilir. Yaxud, cərimə plastik kartla post-terminal vasitəsilə ödənilir. Artıq belə post-terminalların hər bir yol polisi avtomobilində quraşdırılma prosesi gedir. Bununla yanaşı yollarda quraşdırılan kameralar vasitəsilə hərəkət iştirakçıları ilə yanaşı yol patrul xidməti əməkdaşlarının da hərəkətlərinə nəzarət olunur", o deyib.

Xəbər lenti

Xəbər lenti