...

Azərbaycanda magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin təsdiqi müddəti uzadılıb

Cəmiyyət Materials 17 Fevral 2012 12:57 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə sənəd qəbulu üçün bakalavrların elektron ərizələrini təsdiqlətmə müddətini bir gün uzadıb.
Azərbaycanda magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin təsdiqi müddəti uzadılıb

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə sənəd qəbulu üçün bakalavrların elektron ərizələrini təsdiqlətmə müddətini bir gün uzadıb. Bunu cümə günü Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, bakalavrlar fevralın 8-dən başlayaraq, fevralın 17-si saat 17:00-dək "Bakalavrların elektron ərizəsi"ni dolduraraq təsdiq etdirməli idilər. TQDK-nın yeni qərarına uyğun olaraq, bakalavrlar ərizələrini fevralın 18-i saat 17:00-dək təsdiqlədə bilərlər.

Magistraturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək. İlk mərhələnin imtahanı fevralın 26-da olacaq.

Xəbər lenti

Xəbər lenti