...

Xətaidə sürüşmə sahəsindəki iki yaşayış binasının qarşısında istinad divarları tikiləcək

Cəmiyyət Materials 14 Mart 2012 11:15 (UTC +04:00)
Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə kütləsinin mühəndisi-bərkidilməsi işlərinin aparılması məqsədilə layihələr hazırlanır.
Xətaidə sürüşmə sahəsindəki iki yaşayış binasının qarşısında istinad divarları tikiləcək

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir İ.İsabalayeva/

Bakının Xətai rayonunun General Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə kütləsinin mühəndisi-bərkidilməsi işlərinin aparılması məqsədilə layihələr hazırlanır. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, layihələrdə 63 və 65 saylı binaların qarşısında istinad divarlarının tikilməsi və sürüşmə kütləsinin bərkidilməsi nəzərdə tutulur.

Niftiyev bildirib ki, son bir həftə ərzində bu sürüşmə sahəsində tam stabillik müşahidə edilir. Ərazidə mühafizə tədbirlərinin görülməsinə başlanılıb.

"Bizim təklif etdiyimiz 8 tədbirdən bəziləri artıq başa çatdırılıb. Əraziyə daxil olan qrunt sularının qarşısı tam alınıb. Sahədə yaranmış catların doldurulması və ərazidəki artıq yükün götürülməsi yekunlaşıb. Sürüşmə sahəsinin bir hissəsində olan su boruları tamamilə ləğv edilib. Hazırda ərazidə təhlükəli proses müşahidə edilmir", - baş mühəndis bildirib.

O, hazırda Şamaxı-İsmayıllı bölgəsindəki sürüşmə sahələrinin bəzilərində cüzi aktivləşmənin baş verdiyini deyib.

Niftiyev bildirib ki, Bakının Qaraçuxur qəsəbəsində müəyyən çökmələr müşahidə edilir. Həmin çökmələrdə yenə də müəyyən hərəkətlər var. Ölkədəki qalan sürüşmə sahələrində isə stabillik hökm sürür.

Xəbər lenti

Xəbər lenti