...

Bakıda iş adamını qətlə yetirən şəxslərə 27 il iş verilib

Cəmiyyət Materials 30 Mart 2012 12:07 (UTC +04:00)
Bakıda iş adamını qətlə yetirən şəxslərə hökm oxunub.
Bakıda iş adamını qətlə yetirən şəxslərə 27 il iş verilib

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda iş adamını qətlə yetirən şəxslərə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmənin hökmü ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən zibilliyin ərazisində "Qayğı mənzil xidməti" kooperativinin təsisçisi Xanbəyi Zamanovu qətlə yetirməkdə ittiham olunan Nemət Abdullayev 14 və Samirə Əzizova isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, 2009-cu il oktyabrın 25-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən zibilliyin ərazisində Balaxanı-Binəqədi avtomobil yolunun sol kənarında yanmış vəziyyətdə "Azsamand" markalı avtomaşın, içərisində avtomaşın sahibinin - 1957-ci ildə Şərur rayonunda doğulmuş və Nərimanov rayonunda pasport qeydiyyatında olan "Qayğı mənzil xidməti" kooperativinin təsisçisi Xanbəyi Zamanovun yanmış meyiti aşkar edilib.

Müəyyən edilib ki, həmin gün Balaxanı qəsəbəsi ərazisindəki donuzçuluq fermasında işləyən və orada yaşayan Nemət Abdullayev Xanbəyi Zamanovu qəsdən öldürmək məqsədilə, onu fermada birgə işlədiyi və ər-arvad kimi yaşadığı Samirə Əzizova ilə tanış etmək bəhanəsi ilə aldadaraq görüşə dəvət edib.

Balaxanı qəsəbəsində Nemət Abdullayev Xanbəyi Zamanovu Samirə Əzizova ilə tanış edib və Samirə Xanbəyinin idarə etdiyi avtomaşının qabaq oturacağında, Nemət isə arxa oturacaqda əyləşiblər. Xanbəyi Zamanovdan onu maşınla fermaya qaytarmasını xahiş edən Nemət donuzçuluq fermasına gedən yolda qanunsuz gəzdirdiyi "Naqan" tipli tapança ilə boynunun arxasından bir dəfə atəş açaraq Xanbəyini qətlə yetirib, sonra isə cinayətin izini itirmək məqsədilə avtomaşını meyitlə birlikdə benzin tökərək yandırıb.

Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Samirə Əzizova və Nemət Abdullayev cinayəti törətməkdə şübhəli bilinərək tutularaq istintaqa təhvil verilib.

Xəbər lenti

Xəbər lenti