...

Yaxın 2 gündə Azərbaycanda temperatur tədricən yüksələcək

Cəmiyyət Materials 4 Aprel 2012 12:31 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, növbəti iki gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Yaxın 2 gündə Azərbaycanda temperatur tədricən yüksələcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 2 gündə Azərbaycanda temperatur tədricən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, növbəti iki gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Havanın əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Aprelin 5-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq.
Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 15-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 19-24, dağlarda gecə 0-4, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti