...

Rövnəq Abdullayev: Azərbaycanda neft-qaz istehsalına mane olan bütün qanunsuz evlər sökülməlidir

Cəmiyyət Materials 4 Aprel 2012 12:48 (UTC +04:00)
Azərbaycanda neft-qaz istehsalına mane olan bütün qanunsuz evlər sökülməlidir.
Rövnəq Abdullayev: Azərbaycanda neft-qaz istehsalına mane olan bütün qanunsuz evlər sökülməlidir

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir E.İsmayılov/

Azərbaycanda neft-qaz istehsalına mane olan bütün qanunsuz evlər sökülməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, Sulutəpədə, Binəqədidə müəyyən yerlər var ki, onlara artıq yaxınlaşmaq mümkün deyil.

"Sulutəpədə böyük neft əraziləri tutulub. Neft-qaz əməliyyatlarının keçirilməsi üçün imkanlarımız olmalıdır. Biz həmin ərazilərdə yeni qazma işləri apara bilmirik", - Abdullayev deyib.

ARDNŞ prezidenti həmin ərazilərdə tikintisi başa çatmış evlərin deyil, yeni tikilən evlərin söküldüyünü deyib.

"Bu iş elə vüsət alıb ki, ARDNŞ-nin əməkdaşları əraziyə nəzarət etsə belə, gecə aparılan tikintilərin qarşısını ala bilmir. Ordakı hər bir evin kosmosdan çəkilişi var və biz deyə bilərik ki, həmin evlər nə vaxt tikilib. Biz Azərbaycanda neft istehsalının normal şəkildə aparılmasını istəyiriksə, qanunsuz tikililər sökülməlidir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti