...

Azərbaycanda keçiriləcək "Eurovison-2012" müsabiqəsi ilə bağlı hotellərdən zəmanət alınıb

Cəmiyyət Materials 12 Aprel 2012 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi hotellərdən "Eurovison-2012" Mahnı Müsabiqəsinə gələn insanlar üçün yerləşdirmə qiymətlərinin adi günlərdəkindən fərqli olmayacağı barədə zəmanət alıb. Trend-in məlumatınma görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, müsabiqə ilə əlaqədar hotellərin qiymətləri artmayacaq.

"Eurovison-2012" müsabiqəsi zamanı turistlər normal qiymətlər əsasında yerləşə bilərlər. Azərbaycan Turizm Assosiasiyasının üzvləri olan bütün hotellər ölkədə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsinə lazımi dəstək verirlər", - nazir deyib.

O əlavə edib ki, artıq hotellər yerləşdirmə üçün hazırdır. Yaxın bir ay ərzində isə ölkə müsabiqənin keçirilməsinə turizm - səyahət, qonaqların qarşılanması baxımından hazır olacaq.

Xəbər lenti

Xəbər lenti