...

Azərbaycan gəncləri Rusiyada keçiriləcək yaradıcılıq sərgisinə dəvət olunub

Cəmiyyət Materials 13 Aprel 2012 16:53 (UTC +04:00)
Azərbaycanlı gənclər Rusiyanın Moskva şəhərində bu il iyunun 26-29-da keçiriləcək "Gənclərin XII Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi HTTM-2012"-yə dəvət olunurlar.
Azərbaycan gəncləri Rusiyada keçiriləcək yaradıcılıq sərgisinə dəvət olunub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı gənclər Rusiyanın Moskva şəhərində bu il iyunun 26-29-da keçiriləcək "Gənclərin XII Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi HTTM-2012"-yə dəvət olunurlar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, sərginin əsas məqsədi yaradıcı gənclərin aşkar olunması və dəstəklənməsi, onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına şərait yaradılması, gənclərin elmi fəaliyyət və elmi-texniki yaradıcılıqda iştirakının səmərəliliyinin artırılması, bununla da MDB iştirakçı dövlətlərinin vahid elmi-tədris məkanının inkişafıdır.

"Gənclərin XII Ümumrusiya elmi-texniki yaradıcılıq sərgisi HTTM-2012"-yə yaşı 30-dək olan gənc alimlər, ixtiraçılar, tədqiqatçılar, konstruktorlar, ali təhsil müəssisələrinin tələbə və aspirantları, elmi-texniki layihələrin müəllifləri qatıla bilər. Tədbirdə iştirak haqqında əlavə məlumatı www.nttm-expo.ru saytından əldə etmək olar.

Sərgidə iştirak etmək arzusunda olan gənclər tələb olunan sənədlər və ərizə formasını aprelin 19-dək Gənclər və İdman Nazirliyində doldurmalıdırlar. Sərgi iştirakçıları tərəfindən təqdim olunmuş layihələr tədbirin müsabiqə proqramında da iştirak edəcək. İştirakçıların sərgi çərçivəsində təşkil olunacaq seminar, "dəyirmi masa", master-klass və s. tədbirlərdə də iştirak edəcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti