...

Malta təmsilçisi fanları Bakıda onunla bir yerdə rəqs etməyə çağırır

Cəmiyyət Materials 14 Aprel 2012 17:09 (UTC +04:00)
Bu gün Maltanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Kurt Kaleyanın paytaxt Vallettada St George's meydanında konserti olacaq.
Malta təmsilçisi fanları Bakıda onunla bir yerdə rəqs etməyə çağırır

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bu gün Maltanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Kurt Kaleyanın paytaxt Vallettada St George's meydanında konserti olacaq.

Trend "Eurovision 2012"-nin rəsmi saytına istinadən məlumat verir ki, müğənnini mahnı müsabiqəsində səhnədə müşayiət edəcək rəqs qrupunun isə konsert öncəsi fanlar üçün maraqlı təklifi var.

Qrup uzvləri fanlara "This Is The Night" mahnısının səhnə hərəkətlərinin təlimini keçiblər. Bu axşamkı konsertdə fanlar Kurt Kalleya ilə birlikdə rəqs edəcəklər.

Xəbər lenti

Xəbər lenti