...

Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsi artıb

Cəmiyyət Materials 18 Aprel 2012 11:41 (UTC +04:00)
Aprelin 17-si gündüzdən yağan yağışlarla əlaqədar Azərbaycanın Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Balakən bölgələrindəki çaylarda suyun səviyyəsi artıb.
Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir İ.İsabalayeva/

Aprelin 17-si gündüzdən yağan yağışlarla əlaqədar Azərbaycanın Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Balakən bölgələrindəki çaylarda suyun səviyyəsi artıb. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Quba-Xaçmaz bölgəsindəki Vəlvələçay, Qudyalçayda suyun səviyyəsi 7-64 sm artıb. Bu bölgədəki kiçik çaylarda da suyun səviyyəsində artım qeydə alınıb. Lənkəran-Astara bölgəsindəki çaylarda suyun səviyyəsi 4-8 sm yüksəlib.

Aprelin 16-dan 17-dək yağan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsindəki Kişçay, Şançay və Əyriçaylarda qısamüddətli daşqınlar olub. Bunun nəticəsində Qanıx çayında suyun səviyyəsi 23 sm yüksəlib.

Verdiyev hələlik Kür çayının yuxarı və aşağı axınlarında suyun səviyyəsinin sabit olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti