...

İran yeni dərmanların istehsalına başlayıb

Cəmiyyət Materials 24 Aprel 2012 17:24 (UTC +04:00)
İran peptid dərman vasitələri və ağrıkəsici preparatların üç yeni növünün istehsalına başlayıb.
İran yeni dərmanların istehsalına başlayıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran peptid dərman vasitələri və ağrıkəsici preparatların üç yeni növünün istehsalına başlayıb. Bu barədə çərşənbə axşamı Trend IRNA agentliyə istinadən məlumat verir.

Qeyd edilən dərmanlar İranda ilk dəfə olaraq yerli mütəxəssis və ekspertlər tərəfindən istehsal ediləcək.

Ümumilikdə, preparatlar süd vəziləri, prostat, vaxtından əvvəl cinsi yetkinlik, boy artımının tənzimlənməsi, dağınıq skleroz, onurğa sütunundakı əməliyyatdan sonra ağrılar kimi sahələrdə ağrını yüngülləşdirməyə, müalicə etməyə kömək edəcək.

İranın istehsal edəcəyi preparatlar arasında fentanil sitrat, sufentanil sitrat, alfentanil hidroxlorid və buserelin atsetat var.

Xəbər lenti

Xəbər lenti