...

Şəki daha çox hansı ölkələrdən turistləri cəlb edir?

Cəmiyyət Materials 16 May 2012 16:12 (UTC +04:00)
Azərbaycanın Şəki şəhərinə daha çox Yaponiya, Koreya, Çin və Almaniyadan turistlər gəlir. Bunu çərşənbə günü Trend-ə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev deyib.
Şəki daha çox hansı ölkələrdən turistləri cəlb edir?

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Şəki şəhərinə daha çox Yaponiya, Koreya, Çin və Almaniyadan turistlər gəlir. Bunu çərşənbə günü Trend-ə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev deyib.

Onun sözlərinə görə, Şəkiyə gələn turistlər daha çox ipəkçilik, sənətkarlıq növləri və tarixi abidələrlə maraqlanırlar.

Turistlər tarixi abidələrdən daha çox Xan Sarayı və alban məbədlərinə maraq göstərirlər.

Azərbaycanın Şəki və Qax rayonlarında alban məbədlərinin sayının çox olduğunu deyən mərkəz direktoru bildirib ki, hazırda Şəkidə 80-dən çox tarixi abidə var. Amma onların çoxunun rekonstruksiyaya ehtiyacı var.

İmaməliyev əlavə edib ki, ötən il Şəkiyə 14 min turist gəlib ki, onların da 6 mini xarici turist olub. Bu il Şəkiyə gələn turistlərin sayının artacağı gözlənilir.

"Qışın ən sərt dövründə də Şəkidə turist olur. Burada tarixi abidələrin çoxluğu, Şəkinin qədimliyi həmişə turistlərin marağına səbəb olur", - mərkəz direktoru əlavə edib.

O qeyd edib ki, Şəkidə 18-ə yaxın turizm obyekti var. Onlar arasında Karvansaray, Şəki Sarayı, Şəki Olimpiya Kompleksi daha çox turist qəbul edir.

Xəbər lenti

Xəbər lenti