...

Mülki-Prosessual Məcəllənin müddəasının şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət olunub

Cəmiyyət Materials 31 May 2012 14:57 (UTC +04:00)
Şəki Apelyasiya Məhkəməsi Mülki-Prosessual Məcəllənin (MPM) müddəasının şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə (KM) müraciət edib.
Mülki-Prosessual Məcəllənin müddəasının şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət olunub

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir K.Zərbalıyeva/

Şəki Apelyasiya Məhkəməsi Mülki-Prosessual Məcəllənin (MPM) müddəasının şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə (KM) müraciət edib.

KM-dən Trend-ə verilən məlumata görə, müraciətdə MPM-in 372.5-ci maddəsinin şərh olunması xahiş edilir.

Məhkəmədən bildirilib ki, Məcəllənin 372.4-cü maddəsində qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

Məcəllənin 372.5-ci maddəsində isə qeyd olunur ki, tərəflər apelyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun.

Şəki Apelyasiya Məhkəməsi hesab edir ki, bu iki maddə arasında qeyri-müəyyənlik var. Yeni tələblər, ilkin tələblərlə əlaqədar olan yeni tələblərin müəyyən olunması ilə bağlı təcrübədə problemlər yaranır. Bu problemin aradan qaldırılması üçün KM-in həmin məsələlərə aydınlıq gətirməsi xahiş olunur.

Xəbər lenti

Xəbər lenti