...

Azərbaycanda lüğətlərin elektron bazası yaradılacaq

Cəmiyyət Materials 31 May 2012 15:15 (UTC +04:00)
Azərbaycanda lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazası yaradılacaq.
Azərbaycanda lüğətlərin elektron bazası yaradılacaq

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazası yaradılacaq. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov deyib.

Onun sözlərinə görə, bazanın yaradılması Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" bir necə gün əvvəl imzaladığı sərəncamda nəzərdə tutulur.

Məmmədov deyib ki, indiyədək lüğətçilik sahəsində elektron bazanın yaradılması üzrə işlər aparılıb, bəzi lüğətlərin - "Azərbaycanca-rusca", "Rusca-Azərbaycanca", orfoqrafiya lüğətlərinin elektron versiyası yaradılıb. Komissiya üzvü hesab edir ki, qeyd edilən sərəncam bu sahədə aparılan işlərin daha da sürətlənməsinə imkan verəcək.

O əlavə edib ki, bır sıra lüğətlərin hazırlanması ilə bağlı işlər aparılır. Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə "Azərbaycanın tezlik lüğəti" hazırlanır. Eyni zamanda, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təkmilləşdirilir. Hazırda 80 min sözdən ibarət olan orfoqrafiya lüğətinin yeni nəşrində 100 minədək söz olacaq.

Xəbər lenti

Xəbər lenti